“BMT, ATƏT, Avropa Birliyi, Avropa Şurası, İslam ölkələri təşkilatı, aparıcı dünya dövlətləri Ermənistanın bu gecə Gəncəyə raket atəşini qətiyyətlə pisləməklə yanaşı, Azərbaycanın apardığı anti-terror əməliyyatını açıq və qeyri-şərtsiz dəstəkləməlidirlər”
Hafta.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə erməni hərbçilərinin bu gecə Gəncədə törətdiyi terrorla bağlı bildirib.
Partiya sədri bildirib ki, Ermənistan Cənubi Qafqazın Avropa ailəsinin bir üzvü olmasında ən böyük əngəl və maneədir.
“Azərbaycanın haqq işini durdurmaq istəyən ayrı-ayrı dövlətlər, atəşkəsə səsləyən tərəflər Ermənistanın bu cinayətindən sonra mövqelərini korrektə etməli, terrorçu rejimin və havadarlarının durdurulması üçün Azərbaycana yardım etməlidirlər. Əks təqdirdə, kimsəyə nə demokratiya, nə də humanizm dərsi keçməyə qalxmasınlar.
Biz bu savaşda hər kəsin kimlərə və hansı məqsədlərə xidmət etdiyini bir daha gördük.
Birliyimizi, təmkinimizi qorumalı, daha sıx birləşməliyik.
Azərbaycan bu davadan qalib çıxmalıdır.
Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!”-
Allah şəhidlərimizə rəhmət etsin!